08 yanvar 2021 10:17
1514

Bu il hansı səma hadisələrinin baş verəcəyi gözlənilir? FOTO

Hər il olduğu kimi bu il də bəzi gecələr digərlərindən fərqlənərək xüsusi olacaq, insanlar səmada müxtəlif heyrətamiz hadisələrə şahidlik edə biləcəklər. Astronomlar 2021-ci ildə gözlənilən səma hadisələrini proqnozlaşdırıblar.

“İki sahil” “billionnews.com” saytına istinadən həmin hadisələrin siyahısını təqdim edir:

Lirid meteor yağışı, 21-22 aprel

Lirid meteor yağışı Yer sakinlərini min illərdir ki, heyrətləndirməyə davam edir. Bu ulduz yağışı haqqında ən erkən məlumatlar eramızdan əvvəl 687-ci ilə aid Çin sənədlərində rast gəlinir.

Meteor yağışı zamanı bir saat içərisində yüzlərlə ulduzun eyni anda düşdüyü müşahidə edilir. 2021-ci ildə bu hadisənin 21-22 apreldə baş verəcəyi gözlənilir.

Halley meteor yağışı, 5-6 may

Bu meteor yağışı məşhur Halley kometasının tozundan yaranır. Halley meteor yağışının hər iki yarımkürədən görünməsinə baxmayaraq, Cənub yarımkürəsində daha yaxşı müşahidə edilir.

Ayın tam tutulması, 26 may

 Bu səma hadisəsi Avstraliya, ABŞ-ın qərb hissələri, Cənub-qərbi Amerika, Cənub-şərqi Asiyada görünəcək.

Halqavari Günəş tutulması, 10 iyun

Şimali Kanada, Qrenlandiya, Rusiyanın şimal-şərqində müşahidə ediləcək.

Tam Ay tutulmasının ardından Kanadanın bəzi hissələri, Qrenlandiya və Rusiyada halqavari Günəş tutulmasının baş verəcəyi gözlənilir. Halqavari Günəş tutulması zamanı Ay birbaşa Günəşin qarşısına keçir, ancaq Yerdən çox uzaqlaşdığına görə Günəşin qarşısı tam örtülmür. Bu zaman heyrətamiz bir görüntü əmələ gəlir, Günəş göydə parıldayan bir üzük kimi görünür.

Perseid meteor yağışı, 17 iyul-24 avqust

Hadisənin Şimal yarımkürəsində izlənəcəyi proqnozlaşdırılır.

Drakonid meteor yağışı, 7-8 oktyabr

Bu meteor yağışı adətən, qaranlıq düşən kimi müşahidə edilir. Bu il Şimal yarımkürəsində görünəcək.

Orinoid meteor yağışı, 21-22 oktyabr

Orinoid meteor yağışı zamanı bir saat ərzində 20-70 meteor enişini görmək olar. Bu meteor yağışı gecə yarısı müşahidə edilir.

Tam Günəş tutulması, 10 iyun

2021-ci ildə tam bir Günəş tutulması izlənəcək. Lakin bu hadisəni izləmək hər kəsə qismət olmayacaq, çünki yalnız Antarktida və Atlantik okeanın bəzi cənub hissələrindən müşahidə ediləcək.

Kometlər

Ötən il olduğu kimi bu il də bəzi kometlər səmada görünəcək. Pons-Vinneke, Tempel, Finli, Çuryumov-Herasimenko kimi kometlərin adları siyahıda olsa da, onların qeyri-müəyyən təbiətinə görə dəqiq hansı gün görünəcəklərini proqnozlaşdırmaq çətindir.

Nübar Süleymanova, “İki sahil”