"WhatsApp" tərəfindən fevralın 8-də qüvvəyə minəcək yeni məxfilik siyasətinə görə, məlumatları "Facebook"-da paylaşmaq üçün icazə istəniləcək.
"İki sahil" xəbər verir ki, buna uyğun olaraq lazımi təsdiq almayan istifadəçilər "WhatsApp"-dan istifadə edə bilməyəcəklər. "WhatsApp"-ın saytındakı istifadə şərtlərinə görə, istifadəçi məlumatları "Facebook" ilə yanaşı, "Facebook"-un yaratdığı digər şirkətlərlə də paylaşılacaq.
"WhatsApp" istifadə etmək istəyən hər kəs bu qaydalara əməl etməlidir.