08 yanvar 2021 16:23
878

Dünyada koronavirusdan vəfat edən məşhurların adları açıqlanıb

 Dünyada artıq bir milyondan artıq insan koronovirusun qurbanı olub.

“İki sahil” xarici mətbuata istinadən xəbər verir ki, onlar arasında məşhur simalar da var.

COVID-19 ağırlaşması səbəbindən Fransanın sabiq prezidenti 95 yaşlı Valeri Jiskar Desten dünyasını dəyişdi. O, koronovirus üçün xarakterik olan simptomlarla sentyabr ayında xəstəxanaya yerləşdirildi. Həkimlər koronovirusun öhdəsindən gəlmək üzrə idilər, lakin xroniki xəstəliklərin fəsadlarının qarşısını almaq mümkün olmadı.

SSRİ-nin son müdafiə naziri, hava marşalı Yevgeni Şapoşnikov da 78 yaşında koronavirusdan vəfat etdi.

Y.Şapoşnikov 1942-ci ildə anadan olub, 1959-cu ildən Sovet Hərbi-Hava Qüvvələrində xidmət edib. 23 avqust tarixindən 26 dekabr 1991-ci il tarixinədək SSRİ Müdafiə naziri vəzifəsində çalışıb.

Koronavirus məşhur ingilis aktyoru Şon Konneridən də yan keçmədi. Aktyorun yanaşı xəstəlikləri çox idi. O, ürək xəstəliyi ilə yanaşı, onkoloji xəstəlikdən və demensiyadan da əziyyət çəkirdi. Ölümündən əvvəl Konneriyə pnevmoniya diaqnozu qoyuldu. O, ağır vəziyyətdə yuxuda ikən dünyasını dəyişdi.
Rusiyanın xalq artisti Boris Plotnikov, Rusiyanın  Puşkin adına  Təsviri Sənət Muzeyinin Fəxri Prezidenti İrina Antonova, musiqiçi və bəstəkar Adam Şlezinger, Rusiya və Ukraynanın xalq artisti, teatr rejissoru Roman Viktyuk, italyan aktrisa Lusia Bose və yapon dizayner Kenzo Takada da həmçinin, COVID-19-dan vəfat etmişdir.

Bu siyahıda ən gənc və daha az tanınmış şəxs çinli həkim Li Venlyandır. Bütün dünyaya yeni COVID-19 virusu haqqında ilk məlumat verən o idi. Çoxlu koronavirus xəstələrini müalicə etdi və nəticədə özü xəstəliyə yoluxdu və dünyasını dəyişdi. O, ixtisasca oftalmoloq idi.

Nubar Süleymanova, “İki sahil”