Bukinqam sarayının sözcüsünün verdiyi məlumata görə, Kraliça II Elizabet və Edinburq hersoqu şəhzadə Filip COVID-19 əleyhinə vaksinasiya ediliblər.
Saraydan verilən məlumata görə, peyvənd Windsor qəsrində saray həkimi tərəfindən vurulub. Yayılan qeyri –rəsmi xəbərlərin qarşısını almaq məqsədi ilə 94 yaşlı kraliça özünün və yoldaşının vaksinasiya olduğunu ictimaiyyətə elan edib .
Qeyd edək ki, şəhzadə Filip 99 yaşındadır.
Cütlüyün oğlu şəhzadə Çarlzda mart ayında aparılan testin nəticəsi pozitiv çıxmışdı və şəhzadə izolyasiya olunmuşdur. 72 yaşlı Çarlz xəstəliyi yüngül simptomlarla keçirdiyini və çıxışında xəstəlikdən kifayət qədər asan qurtulduğunu bildirmişdi.
Onu da qeyd edək ki, onların nəvəsi şəhzadə Viliamda da Covid testi pozitiv çıxmışdı.
Con Hopkins Universitetindən şənbə günü verilən məlumata görə, İngiltərədə 3 milyondan çox insanın COVID-19 testi pozitiv çıxıb və virusdan 80 mindən çox ölüm hadisəsi qeydə alınıb.
İngiltərədə ən çox ölüm cümə günü qeydə alınıb . Belə ki, koronavirusdan 1325 nəfər həyatını itirib.
Londonun meri Sadiq Xan virusun nəzarətdən çıxdığını və vəziyyətin kritik olduğunu bildirib.
edition.cnn.com saytının materialları əsasında hazırladı:
Leyla Şıxəli Bayramlı, “ İki sahil”