10 yanvar 2021 17:59
665

Kluninin filmi çəkiləndən 37 il sonra nümayiş olunacaq

Hollivud ulduzu Corc Kluninin 37 il əvvəl çəkildiyi "Grizzly 2: İntiqam" filmi ilk dəfə nümayiş olunacaq.

"İki sahil" axşam.az-a istinadən bildirir ki, 1983-cü ildə lentə alınan ekran işinin mövzusunda yaranan problemlərə görə yayımı dayandırılmışdı.

"Gravitas Ventures" şirkətinin çəkdiyi film insanlardan intiqam alan ayıdan bəhs edir. "Grizzly 2: İntiqam" bu ay tamaşaçıların ixtiyarına veriləcək.

Qeyd edək ki, Corc Kluninin geyimindən və saçından utandığı dövrə aid olan filmi aktyor özü izləməyəcək.