Belarus Prezidenti Aleksandr Lukaşenko iki halda tünd spirtli içkilər qəbul etdiyini deyib.
"İki sahil" azvision-a istinadən xəbər verir ki, Lukaşenko içkiyə meyilli olmadığını, ancaq digər dövlət başçıları ilə toplandıqda içməyə məcbur qaldığını söyləyib.
"Praktik olaraq içən insan deyiləm. Ancaq prezidentlərlə görüşəndə kənarda qala bilmərəm. Buna görə bəzən bir az da olsa içməliyəm. Bu, qadın kollektivlərinə də aiddir. Orada da içkidən kənar gəzib, müqəddəs kimi görünməyəcəksiniz", - deyə Lukaşenko vurğulayıb.