10 yanvar 2021 22:23
457

9 təyyarə "su qiymətinə" satışa çıxarılıb

Türkiyənin İstanbul şəhərindəki Atatürk Beynəlxalq Hava Limanında saxlanılan, müflis olmuş aviaşirkətlərə məxsus və istismar dövrü başa çatmış 9 təyyarə açıq hərrac yolu satışa çıxarılıb.

"İki sahil" milli.az-a istinadən bildirir ki,  təyyarələrə ilkin olaraq 3,7 milyon lirə (416 min ABŞ dolları) qiymət qoyulub.

Hərrac yanvarın 14-ü saat 14:30-da Dövlət Hava Limanları İdarəsində keçiriləcək.

Qeyd olunur ki, bu, bazar qiymətinə nəzərən "su qiymətinə"dir.