11 yanvar 2021 04:15
676

Microsoft Edge-in istifadəçi sayı 600 milyonu keçdi

Microsoft Edge brauzeri Windows, macOS, Android, iOS və Linux üçün mövcuddur.

Microsoft şirkəti xüsusi Microsoft Edge brauzerinin yayılma statistikasını açıqlayıb.

"İki sahil" milli.az-a istinadən bildirir ki, şirkətin məlumatına görə, hazırda 600 milyondan çox insan Microsoft Edge-dən istifadə edir.

Şirkət nailiyyəti ilə öyünmək üçün qeyri-adi bir yol seçib. Statistika Hindistandakı nümayəndəliyin biznes təsvirində verilib.

Xatırladaq ki, Microsoft Edge artıq Windows, macOS, Android, iOS, macOS və Linux üçün versiyalarda mövcuddur. Microsoft Edge-in yeni Chromium əsaslı versiyası Windows 10 üçün standart brauzerdir.