Tarixi əsasən kişilər yazır. Sanki tarixə yön verən də elə onlardır, tarix kitablarında ən çox onların adları keçir. Qadınlar isə ikinci planda, ya kişilərin dəstəkçiləri kimi, ya da tək-tük uğurlarla qalmışdır. Ancaq tarixə yön verən güclü qadınlar var və bunlar onlardan sadəcə bir neçəsidir.
Mariya Küri (1867 – 1937)
Mariya Küri dünyanın bugünkü hala gəlməsində təsirli rolu olan, elmin inkişaf etməyə başladığı 1900-cü illərdə tanınan tək alim qadın idi. Mariya Küri polonium və radium adlı elementləri ayırıb, adlandırmışdı. Radioaktivlər üzərində önəmli çalışmalara imza atmış və radiologiya elmini yaratmışdır. 1906-cı ildə “Ümumi fizika professoru” olaraq Sorbonne Üniversitetində fizika bölümünə qəbul olmuş və həmin dövrdə bu ünvanı daşıyan yeganə qadın olmuşdur. Eyni zamanda 1903-cü ildə Fizika və 1911-ci ildə Kimya Nobel mükafatına layiq görülmüşdür.
Janna Dark (1412 – 1431)
Hələ 16 yaşında ikən Fransanın müharibələrində ən ön cərgələrdə savaşmışdır. İnsanlara yol göstərib, ölkəsini İngiltərəyə qarşı qorumuşdu. Özünə İsadan vəhy gəldiyini dediyi üçün cadugər adlandırılaraq yandırıldı, lakin ölümündən 490 il sonra Vatikan tərəfindən əzizə elan edildi.
Sapfo (e.ə 570)
Tarixin ilk qadın ədəbiyyatçısıdır. Eyni zamanda Yunan teatrının ilk qadın oyun yazarıdır. Coşqun və cəsur şeirləri ilə ön plana çıxmışdır. Qadınların azadlığı üçün çox çalışmışdır.
Şahzadə Diana (1961 – 1997)
İngiltərədəki qatı krallıq qaydalarını və soyuqluğu heçə sayaraq xalqla əlaqəyə keçdi. Cəmiyyətin alt təbəqələri ilə yaxın münasibətlər qurdu, xeyriyyə işləri gördü və çox sevildi. Şahzadə olmasına baxmayaraq, saray həyatı ona uyğun deyildi. Azad olmaq istəyirdi. 1997-ci ildə özəl həyatına müdaxilə edən paparazzilər tərəfindən öldürüldü. Cənazəsinə hər təbəqədən insanlar qatıldı.
Mary Volstonkraft Şelley (1759 – 1797)
Gördüyü bir yuxuya əsaslanaraq yazdığı “Frankenstein or the Modern Prometheus” ilə əfsanə oldu. Amma o sadəcə məşhur Frenkeştaynı yaratmaqla tanınmır, eyni zamanda, feminizmin ilk toxumlarını da atdı. İngiltərədə qadın haqlarının rəsmiləşdirilməsi fikrini ilk dəfə o, irəli sürdü.
Anna Frank (1929 – 1945)
Anna Frank Nasist Almaniyası dövründə 13 yaşında idi və Amsterdamda atasının ofisində gizlənirdi. Burada, yaşadıqlarını gündəliyinə yazıb, Nasist zülmünü bütün dünyaya çatdırdı. Bu səbəblə də, Yəhudi soyqırımının simvolu oldu.
I. Elizabet (1533 – 1603)
Özünü İngiltərə ilə evli elan edib və İngiltərənin azadlığını bildirmişdir. Siyasi və iqtisadi olaraq ən uğurlu dövrlərdən birinin kraliçasıdır. Eyni zamanda çox fərqli cəhətləri də var idi. Məsələn, heç vaxt evlənməmişdir. 13 yaşında 4 dil öyrənmişdir. Olduqca bəzəkli paltarlar geyinmiş və bəyaz makiyaj modasını yaratmışdır.
Coco Chanel (1883 – 1971)
“Moda keçicidir, amma tərz qalır.” Sözü ilə modaya modernizmi gətirmişdir. Ondan əvvəl bəzəkli qiyafətlər, şapkalar və qabarıq ətəklər var idi. O, qadınlar üçün şalvar dizayn etdi. Azad və güclü qadın simvolu oldu.
Hatşepsut (e.ə. 1507 – 1458)
Misirin ilk qadın fironu və ən güclü idarəçilərindən biri idi. Dövrü zamanı sülh və bolluq içində keçdi, memarı və daşınma mövzusunda gələcəyə də işıq verərək addımlar atdı. Bir qadın firon olaraq böyük hörmət gördü.
Röya Rasimqızı, “İki sahil”