Silvio Berluskoni və Veronika Lario
Bir siyasətçi üçün xoşbəxt bir ailə həyatı qurmaq ictimai həyatın olduqca vacib bir atributu sayılır. İtaliyanın baş naziri Silvio Berluskoninin həyat yoldaşı Veronika Lario 2009-cu ildə məhkəməyə müraciət edərək həyat yoldaşından ayrılmaq qərarına gəlib. Evliliyin pozulmasının əsas səbəbi isə Silvionun xəyanəti olub.2009-cu ildə başlayan boşanma prosesi yalnız 2012-ci ildə bitmişdir. Məhkəmənin qərarına görə, təzminat olaraq Silvio keçmiş həyat yoldaşına hər il 76 milyon avro ödəməli idi.
Boşanmadan dərhal sonra Silvio Berluskoni gənc bir İtalyan modeli ilə nişanlanmışdı.
Arnold Şvartsneyyr və Maria Shriver
Avstriyalı bodibilder və amerikalı jurnalistin sevgi münasibətləri 1977-ci ildən başlamışdır. Çimərliklərin birində tanış olan Arnold və Maria 9 ildən sonra evlənmək qərarına gəldilər. Bu evlilikdən onların 4 uşağı var. Uzun illər ərzində heç bir problem yaşamayan bu cütlük 2011-ci ildə gözlənilmədən boşandı. Deyilənlərə görə, boşanmaq iddiasını qaldıran Maria Arnoldun ona xəyanət etdiyini iddia edirdi və hətta onun dediyinə görə Arnoldun evdə işləyən bir xadimədən qanuni olmayan bir oğlu var idi. Onun söylədikləri bu sözlər öz təsdiqini tapmış oldu və bu xəbər ailənin çöküşü oldu.Arnold və Marianın boşanması 21-ci əsrin ən gözlənilməz hadisələrindən biri hesab olunur.
Roman Abramoviç və İrina Malandina
Rus milyarderi, Çukotka Muxtar dairəsinin keçmiş qubernatoru Roman Abramoviç və həyat yoldaşı İrina Malandinanın evliliyi 15 ildən sonra sona çatdı. 5 uşaq atası olan Roman evdə işləyən xadimələr ilə yoldaşına xəyanət etsə də, xanımı, uzun illər ərzində onun bu hərəkətlərinə göz yumub. Lakin buna baxmayaraq, bir müddətdən sonra hər nalayiq hərəkətini bağışlayan həyat yoldaşını tərk edən Roman məşhur iş adamı Aleksandr Jukovun qızı tanınmış model və dizayner Darya Jukova ilə ailə həyatı qurur. Təəssüf ki,onların arasında olan romantik münasibətlər 2017-ci ildə bitir. Dost kimi ayrılan cütlüyün hələ də çox gözəl münasibətləri var.
Qvinet Peltrou və Kris Martin
Aktrisa musiqiçi həyat yoldaşından 2015-ci ildə rəsmi şəkildə ayrılıb. 2014-cü ilin sonunda başlayan boşanma prosesi, nəhayət, 1 ilə yekunlaşmışdır. Qeyd etmək lazımdır ki, 2003-cü ildə ailə quran 47 yaşlı Peltrou ilə 43 yaşlı Martinin Apple və Moses adlı iki uşağı var.
Dmitri Rıbolovlevinin qalmaqallı boşanması
Sərvəti "Forbes" tərəfindən 8,8 milyard dollar qiymətləndirilən rusiyalı milyarder Dmitri Rıbolovlev keçmiş arvadına 3,3 milyard avro ödəməli olub.
Bu qərarı Cenevrə məhkəməsi verib. Onlar evlənəndə nikah müqaviləsi bağlamayıblar. Bununla əlaqədar İsveçrə qanunvericiliyinə görə, onların bütün əmlakı evlilik dövründə birgə yığılmış bir sərvət sayılır və boşanma zamanı yarı bölünür. Rıbolovlevin vəkili bu qərarla bağlı Cenevrə məhkəməsindən şikayət etsə belə, hakim tərəfindən verilən qərarı dəyişmək mümkün olmayıb.
24 ildən çox birgə yaşayan cütlük, altı ilə yaxın əmlakı bölmək ilə məşğul olublar. Qeyd edək ki, Rıbolovleva 2008-ci ildə boşanma ərizəsi verib və buna səbəb ərinin ona xəyanət etməsi olub.
Rıbolovlev hazırda Monakoda yaşayır. Onun İsveçrədə, Havay adalarında, Floridada, Nyu-Yorkda əmlakı var və iki yunan adası ona məxsusdur. Milyarder, həmçinin çox dəyərli Pikasso, Van Qoq, Qoqen və Mone kimi rəssamların əsərlərindən ibarət bir kolleksiyanın sahibidir. Rıbolovlevlərin boşanma prosesi çağdaş tarixin ən bahalı boşanması sayılır.
Mel Qibson və Robin Mur
Məşhur aktyor Mel Qibson 1980-ci ildə keçmiş həyat yoldaşı Robin Mur ilə tanış olmuşdur. 30 il birlikdə yaşayan cütlüyün 7 uşağı var. Bu gözəl ailə qırılmaz birliyin nümunəsi kimi görünürdü. Lakin bunlara baxmayaraq, 2009-cu ildə 30 illik bir ömürü geridə qoyaraq, Mel həyat yoldaşı Robini tərk edib gənc rusiyalı pianoçu Oksana Samoylova ilə ailə həyatı qurur. Çox maraqlıdır ki, gənc xanımdan da 2 ildən sonra ayrılır. Jurnalistlərin verdiyi məlumatlara görə, çox qısa müddət ərzində qaygıkeş ata və gözəl ailə başçısından qadınlara əl qaldıran canavara çevrilən Qibson bütün Hollivudda tanınan əyyaş məşhurları arasında yer alır. Kim bilir, bəlkə də Melin içində yaşayan bu canavarın qarşısını alan məhz Robin Mur olub.
Jeff və Makkenzi Bezosun boşanması
Amazon saytının başçısı kimi tanınan Jeff Bezosun boşanma prosesi də tarixin ən bahalı boşanması kimi yaddaşlara həkk olunub. Həyat yoldaşı Makkenzi ilə 25 il birlikdə yaşayan Jeff aralarında olan sevginin tükəndiyini anlayandan sonra boşanma qərarını alıblar. Dost və gözəl həmkarlar kimi ayrılan bu cütlüyün hələ də əla münasibətləri var. Çox maraqlıdır ki, evlilik müqavilələri olmasa da 35 milyard dollara yaxın təzminat alan Makkenzi, demək olar ki, Amazon saytının səhmlərinin bir hissəsinə sahib olmuşdur.
Maykl Cordonun boşanma prosesi
Qalmaqallı boşanma kimi tarixə həkk olunan tanınmış basketbolçu Maykl Cordon və onun həyat yoldaşı Xuanitanın ayrılıq xəbəri olub.Qeyd etmək lazımdır ki, bu boşanma Maykl Cordana düz 168 milyon dollara başa gəlib. Cütlük 2006-cı ildə ayrılıb.
Pol Makartninin boşanması
"Bitlz" qrupunun keçmiş üzvü Pol Makkartninin qalmaqallı boşanması isə uzun illər ərzində yaddaşlardan silinməyəcək.Həyat yoldaşı Hizerə xəyanət edən müğənni, etdiyi bu əxlaqsız hərəkətlərə görə təzminat olaraq ona 46,8 milyon dollar ödəməli oldu.
Samirə Tağıyeva, “İki sahil”