11 yanvar 2021 19:12
1289

Yer kürəsinin qadağan olunmuş 5 məkanı

Vatikanın gizli arxivləri

Heç kim bilmir ki,Vatikanın sirli arxivlərində nələr saxlanılır. Uzun illər ərzində ora giriş qadağan olunub. Yalnız 1881-ci ildən etibarən xüsusi seçilmiş şəxslər ora giriş əldə edə biliblər. Hesab olunur ki,orada dünyada hər şeyə aid sənədlər var.

Keymand- Qrandi adası

Braziliyada yerləşən Keymand-Qrandi adası girişin qadağan edildiyi bir ərazidir. Buranın 1 kvadratmetrində təxminən 5 zəhərli ilan yaşayır.Təxminən 430.000 kv.m sahəyə malik  sahəyə malik qayalı ada Braziliyanın San-Paulu ştatı sahilindən təxminən 35 km məsafədə yerləşir. İlanların çox olduğuna görə hətta “İlanlar adası” adlandırılır. Adada bir insan olsun belə yaşamır.Məşhur Discovery Channel telekanalı tərəfindən nümayiş etdirilən sənədli filmə əsasən,qayıq ilə adaya yaxınlaşan zaman ilan topalarını müşahidə etmək mümkündür. Bu adada yaşayan xüsusi bir ilan növü var. Onların adı botporsudur. Bu ilanın zəhəri siçanı 2 saniyə ərzində öldürür.Adanın ziyarəti hal-hazırda qadağandır.Bəzən xüsusi hallarda alimlərə adaya daxil olmağa icazə verilir. Adadakı yeganə konstruksiya mayakdır. 20-ci əsrin  əvvəlinə qədər burada nəzarətçi olsa da ,mayak avtomatik rejimə keçdikdən sonra buna zərurət qalmayıb.Hal-hazırda mayaka görə Braziliya Hərbi Dəniz Qüvvələri cavabdehdir.

Surtsey adası

İslandiya sahillərində yerləşən bu ada 1963-67-ci illərdə vulkan püskürməsi nəticəsində yaranıb.İslandiya sərt ekoloji qanunları olan bir ölkədir. Yeni ada da bu ölkənin yurisdiksiyasındadır. Bu adaya hətta alimlərin girişi qadağandır. Bununla belə, adada öz təbiətinə xas olmayan bitki- pomidor aşkarlanıb.

51-ci zona

Yüzlərlə kitabda, filmlərdə və kompyuter oyunlarında adı keçən bu sirli məkan, bir məxfilik simvoludur.Orada baş verənlər haqqında heç vaxt heç kim heç nə öyrənə bilməyib. Deyilənlərə görə,bu obyektə UNO-ların və yadplanetlilərin öyrənilməsi,yeni növ silahların və ucuş aparatlarının sınaqları keçirilib. Qeyd etmək lazımdır ki, 51-ci zona ABŞ-ın Nevada ştatında yerləşir.

Ford Noks

Amerika Birləşmiş Ştatlarının qızıl xəzinəsi kimi Ford Noks məxfi məkanlardan biridir. “Amerika İstiqlal Bəyannaməsi” kimi  çox vacib mənbələrin saxlandığı bu yerin giriş qapısı belə 22 tondur. Həmin qapının şifrələri gün ərzində bir necə dəfə dəyişilir.Bu məkanın  divarları və qapısı nüvə bombasının partlayışına belə tab gətirəcək səviyyədədir. Dünyanın ən təhlükəsiz tikilisi olaraq tanın Kentukki ştatındakı Ford Noksa daxil olmaq üçün özünüzlə ordu gətursəniz belə bir faydası olmaz. Qeyd etmək lazımdır ki, ərazi, həmçinin bir hərbi baza halına gətirilib. ABŞ-dakı bu qızıl xəzinəsi bir çox oğruların iştahalarını qabartsa da,məkanın mükəmməl qorunma sistemi arzularını elə ürəklərində qoyub.

Samirə Tağıyeva, “İki sahil”