12 yanvar 2021 13:03
609

"Facebook" qadınları onlayn təqibdən qorumaq üçün işə başlayır

“Facebook” sosial şəbəkələrdə qadınların qorunması yönündə məlumatlılığı artırmaq məqsədilə Misir Qadınları Milli Şurası ilə əməkdaşlıq və birgə təşəbbüsə başladığını elan edib.

"Qadınların təhlükəsizlik resursları" adlanan təşəbbüs Misirdə qadınlara GİF, karikatura və video kimi onlayn vasitəsilərdən istifadə etməklə “Facebook”da təhlükəsizlik qaydalarını tənzimləməyi və qadınlara qarşı zorakılıq eləyənləri bloklama ilə bağlı məlumatlılığı artırmaq məqsədi güdür.

Qadınlar şurasının rəhbəri Maya Morsy bildirir ki, onların şurası qadınlara qarşı hər növ zorakılıqla mübarizə aparır. Son dövlərdə sosial media qadınlara qarşı yeni növ zorakılıq - təqib, şantaj və bullinq məkanına çevrilib. O bildirib ki, “Facebook”la əməkdaşlığın məqsədi sosial şəbəkədə özlərini hər növ zorakılıqdan qorumaq üçün qadınlar arasında məlumatı artırmaqdır.

“Facebook”un Yaxın Şərq və Şimali Afrika üzrə meneceri Joelle Awad bildirir ki, sosial şəbəkədə bütün istifadəçilərin təhlükəsizliyi “Facebook” üçün vacibdir və istifadəçilərin təhlükəsizliklərini təmin etmək üçün yeni vasitə və resursların yaradılması həmişə davam edir.

Misirli deputat Naswhi al-Deeb bildirib ki, Qadınlar Şurası ilə “Facebook” arasındakı əməkdaşlıq təqdirə layiq addımdır, xüsusilə qadınların “Facebook”da bir çox qəbul edilməz təqib və qeyri insani zorakılıqlarla üzləşdiyi bir vaxtda.

Röya Rasimqızı, "İki sahil"