Nelson Obidon adlı istifadəçi öz “Twitter” hesabında kişinin eyni anda iki qızla, əkiz bacılarla evlənməsinin foto və videolarını paylaşıb.
“İki sahil” “lenta.ru”ya istinadən xəbər verir ki, kadrlarda tünd çəhrayı rəngdə geyimdə olan bəy oxşar rəngdə olan donlar geyinmiş iki gəlinin arasında dayanıb.
“Əkiz bacılar bir-birilərindən ayrı yaşaya bilmədikləri üçün bir anda hər ikisi ilə evləndi. Siz buna necə baxırsınız? ",-deyə Abidon abunəçilərinə sual ünvanlayıb.
Əvvəllər ABŞ-da əkiz bacıların əkiz qardaşlara ərə getməsi və eyni anda uşaq dünyaya gətirməsi haqqında xəbərlər eşitmişik. Cütlüklər Tuinsberqdə əkizlər festivalında tanış olmuşdular. Bu dəfə isə iki bacı bir oğlanla ailə qurub.