12 yanvar 2021 15:00
1569

İldırım olmasa...

İldırımın təbiətdə rolu var sizcə? Hamı deyər ki, yox, nə rolu olacaq ki? Hələ ziyan vurur. Amma çox da elə deyil.

‎Dünyaya hər saniyə 100 ildırım çaxır. Saniyədən az davam edən ildırımın elektrik enerjisi 4 milyard kVt-a çatır. İldırımda temperaturun 20000C°-ə qədər kəskin artması azot və oksigen molekullarının dağılmasına və azot oksidi NO və bundan da HNO3 yaranmasına səbəb olur. (HNO3 Gübrə istehsalında istifadə edilən maddədir.) Bu proses nəticəsində gündə təxminən 2 milyon ton HNO3 (ildə 700 milyon tondan çox) yaranır və yağış vasitəsilə torpağa yağır.

Müqayisə üçün deyim ki, dünyadakı bütün zavodlar birlikdə il ərzində 30 milyon ton HNO3 istehsal edə bilirlər.
‎Torpağın təbii gübrələnməsi üçün ildırım vacib rol oynayır.

Röya Rasimqızı, "İki sahil"