Termitlər və qarışqaların yuvaya qida daşıya bilməsi üçün yolu itirməmələri çox vacibdir. Buna görə də yolu döyüşçü qarışqalar qoruyur və yolboyu keşik çəkirlər.
Bəs necə olur ki, işçilər yolu itirib azmır?
Termitlər getdikləri yola feromon buraxırlar.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, bu maddənin iyi ilə digər termitlər yolu itirmədən hərəkət edirlər. Əgər yol keçilməz olarsa arxadakı termitlər feromonun iyi ilə daim irəli getdikləri üçün sıxlıq və tıxac yaranır.