Adətən cizgi filmlərində gördüyümüz nəhəng qızıl yumurta artıq bir gərçək oldu.İsveçrədən olan dizaynerlər bunun yalnız nağıllarda mümkün olmadığını sübut etdilər . İnşa edilən nəhəng yumurta, həmçinin öz qeyri-adi dizaynı ilə də seçilir, çünkü onun içində son avadanlıqlarla təhciz olunan sauna mövcuddur.
Qeyd edək ki, bu möhtəşəm layihə İsveçrənin Kentuki şəhərində, "Bigert və Bergstrom" yaradıcı birliyi tərəfindən hazırlanmışdır. Maraqlı quruluşu ilə insanların marağına səbəb olan bu "kinder sürpriz"in yarısı poladdan,yarı hissəsi isə həqiqi qızıldandır. Gün işığında inanılmaz dərəcədə gözəl və hətta sehirli görünüşü ilə insanları valeh edən bu qeyri-adi tikinti bir qüzgüyə bənzəyir. Çox maraqlı faktlardan biri də odur ki, yumurta çox hərəkətlidir. O hər sökülə və istənilən vaxt tələb olunan yerdə yenidən yığıla bilər. Heyrətamiz tikilinin 5 metr hündürlüyü və dörd metr diametri var.
Daxili tərtibata gəlincə, əsasən taxta döşəmə, çoxpilləli oturacaqlar və yaxşı işıqlandırma ilə təhciz olunub. Qızıl sauna digərlərindən öz sobası ilə də seçilir. Yeri gəlmişkən , burada yerləşən soba, zahirən insan ürəyinə bənzəyir.
Sauna səkkiz və ya doqquz insanı rahatlıqla qəbul edə bilər.
Samirə Tağıyeva, "İki sahil"