13 yanvar 2021 04:32
1293

iPad mini 6 haqqında

Apple şirkətinin daha bir yeni məhsulu olan iPad mini 6 haqqında detallar ortaya çıxıb.

"İki sahil" bildirir ki, sızdırılan məlumatlara görə, cihazın ekran ölçüsü sələflərini nisbətən daha böyük olacaq. 2019-cu ildə satışa çıxarılan 5-ci nəsil iPad mini-də 7,9 düymlük ekrana yer verən Apple 6-cı nəsil iPad mini-də 8,4 düymlük ekran istifadə edəcək.

Daha nazik ekran çərçivəsinə sahib olacağı iddia edilən planşetin dizaynının iPad Air 3-ə bənzəyəcəyi sızdırılan detallar arasındadır.

Bundan başqa, cihazın Touch ID texnologiyasına sahib olacağı deyilir. Planşetin martda təqdim ediləcəyi iddia olunur.