Soyuq hava bədənin müdafiəsini zəiflədir və soyuq aylarda günəş işığının az olması D vitamini səviyyəsini azaldır ki, bu da immunitet sistemimizi daha həssas edir.
"İki sahil" türk mediasına istinadən xəbər verir ki, bundan əlavə, soyuq havada nəfəs aldığımız zaman, istilik itkisinin qarşısını almaq üçün burundakı qan damarları daralır. Bu, ağ qan hüceyrələrinin (mikrob döyüşçülərinin) selikli qişamıza çatmasını zəiflədir və nəfəslə içəri aldığımız viruslar maneəsiz olaraq ciyərlərimizə keçir.