Rusiyada İosif Stalinin adını daşıyan dönərxana fəaliyyətə başlayıb.
“İki sahil” “Haberler”ə istinadən bildirir ki, Moskvada açılan dönərxanaya Stalinin adı verilib və dönərxanada çalışan işçilər, Stalin dövrünün hərbçilərinə aid geyimlərlə dönər satmağa başlayıblar. Dönərxanada isə Stalinin fotosu asılıb.
Bir gün fəaliyyət göstərən "Stalin dönərxanası" təcili möhürlənib. Belə ki, milyonlarla insanın qətlinə fərman verən, repressiya dövründə milyonlarla günahsız insanı qətl etdirən, cəlladın adının belə bir məkana verilməsi qəbul edilməz sayılıb.
Qeyd edək ki, “Memorial” İnsan Hüquqları Mərkəzi də “Stalin Dönərxanası” adı altında marketinq fikrinin tamamilə səhv olduğunu və bu cür cəhdlərin qadağan edilməli olduğunu bildirib.