1970-ci illərin sonlarında Stiv Cobs və dostu Stiv Vozniak böyük kommersiya potensialına sahib ilk fərdi kompüterlərdən birini yaradırlar.
"İki sahil" xarici mediaya istinadən xəbər verir ki, "Apple II" kompyuteri ilk kütləvi istehsal olunan "Apple" məhsulu olur. Daha sonra "Apple" Lisa və Macintosh (Mac) kompyuterləri istehsal edirlər.
1985-ci ildə idarə heyəti ilə anlaşa bilməyən Stiv Cobs "Apple"dan ayrılır və NeXT şirkətini qurur.
Mac üçün yeni bir əməliyyat sisteminin inkişaf etdirilməsində yaranan çətinliklər "Apple" şirkətinin 1996-cı ildə NeXTSTEP sistemini istifadə edə bilmələri üçün NeXT şirkətini satın almağa vadar edir. Razılaşmanın bir hissəsi olaraq Cobs "Apple"ın məsləhətçisi olaraq işə götürülür.
Stiv "Fərqli Düşün" şüarı ilə yeni marketinq kampaniyasına başlayır və sayı çox olan kompyuter çeşidlərini 4 modelə qədər endirir: iki masaüstü Mac və iki noutbuk. İlk cihaz isə iMac G3 olur.
Cihazın təqdimatında Stiv kompyuterin adında niyə "i" hərfi olduğunu izah edir:
“iMac — sürətli və asan İnternet axtaran istifadəçilər üçün bir nömrəli kompyuter olmağı hədəfləyir. iMac bunun üçün nəzərdə tutulub"
Təqdimatda Cobs "i" hərfinin digər variantlarını da səsləndirir: fərdi (individual), öyrənmə (instruct), məlumatlanma (inform) və ilhamlanma (inspire).
Sonradan məlum olur ki, Cobs "iMac" adına qarşı imiş. O, kompyuterlərin adını Sony Walkman’a bənzər Apple MacMan qoyulmasını istəyirdi ancaq idarə heyəti onu bənzər bir ad istifadə etməkdən yayındırır və "i" hərfi təklifini edirlər.
Steve qəti şəkildə buna qarşı idi, amma bir neçə həftədən sonra "iMac" adının sadəliyi və cəlbediciliyi fikri ilə razılaşır. Beləliklə, "i" hərfi "Apple" markasının vacib hissələrindən biri olur.