14 yanvar 2021 11:28
822

Koronavirus zamanı bu dərmanlardan uzaq olun!

Çinçinnati uşaq xəstəxanasının həkimi Coşua Şaffçin koronavirus infeksiyası zamanı bəzi preparatların təhlükəli olduğunu açıqlayıb.

“İki sahil” “smotrim.ru” saytına istinadən xəbər verir ki, həkim ilk növbədə, diareyada istifadə olunan loperamid tərkibli dərmanların adını çəkib və bildirib ki, onlar bağırsaqların işini ləngidir, orqanizmin bakteriyalardan təmizlənməsinə mane olur. O, qeyd edib ki, daha çox su içməklə bədəni təmizləmək daha məqsədəuyğundur.

Coşua Şaffçin astma xəstəliyi olmayanlara inqalyatorlardan istifadə etməməyi məsləhət görüb. COVİD-19 zamanı fenilefrin tərkibli burun spreylərindən də istifadə edilməsə yaxşıdır. Belə spreylər ürək xəstəlikləri olan insanlar üçün təhlükəli ola bilər.

 Xatırladaq ki, pandemiya elan ediləndən indiyədək dünyada 92 milyondan artıq insan virusa yoluxub və artıq 2 milyona yaxın insan dünyasını dəyişib.

Nubar Süleymanova, “İki sahil”