Ağciyər xərçənginin gözlə görünən əlamətlərindən biri göz qapaqlarının sallanması ola bilər.
Bu barədə “Express” nəşri London xəstəxanasının professoru Qeorq Santisə istinadən xəbər yayıb.
Mütəxəssisin sözlərinə görə, ağciyərdə şiş inkişaf etdikcə orqanizmdə sinirlərə təzyiq artır və belə reaksiyalar baş verə bilir.
Xəstəliyin digər bir sadə göstəricisi isə üz dərisində quruluq, üzdə tərləmənin azalması ola bilər. Daha ağır simptomlar kimi professor səngiməyən öskürəyi, tənəffüs ağırlaşmalarını və bəlğəmdə qanı sadalayıb.
Professor qeyd edib ki, göz qapaqlarının şişməsi uzun zaman linza istifadəsindən də yarana bilər. Buna görə də, belə hallarla qarşılaşan zaman mütləq mütəxəssis müayinəsindən keçmək lazımdır.
Nubar Süleymanova, “İki sahil”