Dörd tərəfi İtaliya torpaqları ilə əhatə olunmuş San Marino dünyanın ən kiçik ölkələrindən biridir. Tarixi çox qədim olan bu cırtdan dövlət əhalisinin sayına görə də Avropada ən kiçik ölkələrdən biri sayılır. San Marinoda yaşayanların böyük bir hissəsi təqaüdçülərdir.
San Marinoda 33 min insan məskunlaşıb. Lakin ölkə hər il öz əhalisinin sayının ikiqatı qədər turist qəbul edir. Qədimdə Roma İmperatorluğunun torpaqlarında gördükləri işgəncələrdən qaçan xristiyanlar bu dağlıq bölgəyə sığınıblar.
San Marino turistləri məhz bu tarixi cəhətləri ilə cəlb edir. Avropa qitəsində ən çox turist cəlb edə bilən ölkələr sırasında San Marino Türkiyə ilə eyni pilləni bölüşür.
Növbəti illərdə San Marinonun turist qəbulu ilə bağlı yer çatışmazlığından ciddi əziyyət çəkəcəyi proqnozlaşdırılır.
San Marinonun məşhur olmasında futbol komandasının da böyük rolu var.
San Marinonun öz sərhədləri içərisində hava limanı yoxdur. Bu kiçik ölkəyə getmək üçün mütləq İtaliya torpaqlarından keçmək lazımdır. İtaliyanın Rimini şəhərində yerləşən Federiko Fellini hava limanı San Marinoya gəlmək istəyənlərin ən çox istifadə etdiyi aeroportdur.
San Marinonun əhalisinin sayı gündən-günə azalır. Ölkədə doğuş sayının azalması yaxın gələcəkdə ciddi problemlərə səbəb ola bilər. Hazırda San Marinonun əhalisinin təxminən yarısı təqaüdçülərdən ibarətdir. Orta həyat səviyyəsinin yüksək olduğunu nəzərə alsaq, bu çox normal haldır.
Nubar Süleymanova, “İki sahil”