15 yanvar 2021 00:56
1151

Ən qədim divar rəsmi

Avstraliya arxeoloqları dünyanın ən qədim mağara rəsmini kəşf ediblər.

"İki sahil" bildirir ki, ən azı 45.500 il əvvəl çəkildiyi düşünülən çöl donuzu təsviri İndoneziyanın Sulavesi adasındakı Leang Tedongnge mağarasında tapılıb.

Tünd qırmızı xardal piqmentindən istifadə edilərək çəkilmiş rəsm, bölgədəki insanların məskunlaşmasının ən qədim dəlili sayılır.