15 yanvar 2021 14:59
1136

Kanadada tapılan 57 min yaşlı canavar balası

Kanadanın şimal-qərbində yerləşən Yukonda təxminən 57 min yaşlı canavar balasının qalıqları aşkar edilib. Ayova şəhərindəki" De Moyn" universitetinin anatomiya üzrə dosenti Juli Miçen CNN-ə verdiyi açıqlamada bəyan edib ki , mumiya ilə bağlı maraqlı faktlardan biri də odur ki, əsrlərboyu buzlar altında qalan mumiyanın dərisi dəyişikliklərə məruz qalmayıb.

Canavar balasının mumiyasını  Dauson yaxınlığındakı Klondayk qızıl mədənlərində işləyən bir adam aşkar etmişdi. Tədqiqatçıların apardığı araşdırmalardan sonra məlum olub ki, buzlar altında qalmış canavar balası təxminən 6-7 həftəlik olub.

Alimlərin iddialarına görə, tapılan bu mumiya canavarlara aid olan  ən qədim  bir tapıntıdır.

Samirə Tağıyeva, "İki sahil"