Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyevanın mədəniyyət paytaxtı Şuşa şəhərində olmaları barədə Ukraynanın nüfuzlu KİV-ləri geniş materiallar dərc edib.
“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, nüfuzlu “Gordon”, “Senzor”, “Korrespondent” və digər nəşrlərdə Prezident İlham Əliyevin Şuşa şəhərində Azərbaycan bayrağını ucaltdığı qeyd olunub, Ali Baş Komandanın çıxışındakı fikirlərə geniş yer verilib: “Mən Şuşaya son dəfə 39 il bundan əvvəl gəlmişəm. 39 il bundan əvvəl iki dəfə gəlmişəm və birinci dəfə yanvarın 14-də gəlmişəm. Bax, bu gün, yanvarın 14-də yenə də buradayıq. Bu dəfə müzəffər Azərbaycan Ordusunun, qalib Azərbaycan Ordusunun Ali Baş Komandanı kimi gəlmişəm”.
Məqalələrdə Füzulidə yeni beynəlxalq hava limanının təməlqoyma mərasimi barədə də geniş məlumat verilib.
Azərbaycan ilə Özbəkistan arasındakı yüksəksəviyyəli əlaqələr parlament müstəvisində də uğurla davam etdirilir
Azərbaycan və BƏƏ parlamentləri beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir