Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin, "Təhsil"Respublika İdman Mərkəzinin və Gəncə şəhər 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirilib. 33-ü qız olmaqla 169 şahmatçının iştirak etdiyi xatirə yarışı isveçrə sistemi ilə 7 turda hər iştirakçıya oyunun sonunadək 3 dəqiqə olmaqla baş tutub.
"İki sahil" xəbər verir ki, turnirdə Gəncə ilə yanaşı, Bakı, Sumqayıt, Lənkəran, Quba, Göyçay, Mingəçevir, Zaqatala, Samux, Göygöl, Balakən,Şabran və Neftçala şahmatçıları qalibiyyət uğrunda mübarizə aparıblar.
Dünya və Avropa birinciliklərinin qalibi, mükafatçısı və iştirakçısı olmuş perspektivli şahmatçıların turnirdə mübarizə aparması gərginliyi biraz da artırıb.
Yekun nəticələrə görə ilk 3 yeri tutmuş oğlanlar və qızlar müvafiq olaraq diplom və pul mükafatları ilə təltif olundular.
Ümumi yarışda:
1.Sahriyar_6 (2523)- Şəhriyar İskəndərov (Quba)-6.5 xal
2.AmilAbbasov (2508)-Amil Abbasov (Gəncə) - 6.5 xal
3.kenan_042 (2216)- Kənan Əhədzadə (Lənkəran)- 6 xal
3.TheExterminator1 (2324)-İsmayıl Qurbanov (Bakı)-6 xal
Qızlar arsında:
1.smileslegend (1960)-Aytac Məmmədova (Samux)-6 xal
2.Fira_Budaqova (1816)-Lalə Budaqova (Gəncə) -5.5 xal
3.WFMchessmachine14(2304)-Ayan Allahverdiyeva(Bakı)5xal
Allah bütün Şəhidlərimizə rəhmət eləsin!