18 yanvar 2021 18:50
1684

Dodaq boyasının maraqlı yaranma tarixi

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz. Bəs dodaq boyasının yaranması haqqında nələri bilirik?

Tarixdə ilk pomada bundan 8 min il əvvəl misirlilərin zəyi qaynadaraq əldə etdikləri qırmızı boya ilə dodaqlarını rəngləmələridir. Qədim Yunanıstan və Romada ancaq yuxarı sinfin qadınlarına dodaqlarını qırmızı boya ilə rəngləmələrinə icazə verilərdi.

Boyama işi çətin və zamanalıcı idi. Parisli bir ətir satıcısı 1884-cü ildə qırmızı boya ilə bal pətəyi və balzamı qarışdırıb ipəkdən parça bir rulon içinə yerləşdirib qələm şəklində satışa təqdim etdi. Qadınlar bu yeni kəşfi dərhal sevib ona sosiska (Saucisse) adını belə verdilər. Parisli  sənətçi Sarah Bernhardt isə bu yeni görünüşə məhəbbət tanrısı Erosun sehrli çubuğu adını verərək, səhnəyə çıxarkən istifadə etməyə başladı.

1900-cü ildən bəri tanınmış   Fransız firması “Guerlain” bu siqaret şəklindəki dodaq boyasını bütün Fransada satmağa başladı.

1912-ci ildə “Guerlain” çıxardığı qırmızı dodaq boyalarını Amerikaya gətirib Nyu-Yorkda satışa çıxardı və bu hadisə böyük bir sensasiya yaratdı. O vaxt yalnız qırmızı olan dodaq boyası pomada (Rouge) daha sonralar başqa rənglərdə də yaradıldı.

Pomadadan ən çox zərər görən restorançılar və quru təmizləyicilər oldu. Pomada ləkələrini stəkanlardan və köynəklərdən çıxarmaq olduqca çətin və zaman alıcı idi. Zamanla dodaq boyaları daha qalıcı oldu və hətta içinə qoyulan kimyəvi maddələrlə dodaqları şişirib böyütmək də mümkün idi.

Samirə Tağıyeva, “İki sahil”