"Fenerbahçe"nin məşhur simalarından olan Caner Erkin 2017-ci ildə nikah masasına oturduğu aktrisa həyat yoldaşı Şükran Ovalıya bahalı hədiyyə bağışlayıb.
"İki sahil" bildirir ki, futbolçu xanımına dəyəri 1 milyon lirə (227 min manat) olan avtomobil alıb. O, bunu Ovalının 2 yaşlı qızları Mihranla hər yerə rahat getməsi üçün etdiyini söyləyib. Caner maşını xanımının yox, sürücünün idarə edəcəyini deyib.