18 yanvar 2021 21:38
931

Çağatay yeni villa alıb

Aktyor Çağatay Ulusoy yenə də pulunu əmlaka xərcləyib.

"İki sahil" bildirir ki, sənətçi Çeşmədə villa satın alıb. Ulusoy ev üçün 6 milyon lirə (1 milyon 365 min manat) ödəyib. Çağatay dördmərtəbəli, həyətində hovuzu olan villasını təmir etdirdikdən sonra satışa çıxaracaq. Aktyor hazırda İstanbulun Zekeriyaköy səmtində kirayədə qalır.