İranın Azərbaycandakı səfirliyi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar başsağlığı verib.
"İki sahil" xəbər verir ki, bu barədə səfirliyin “Twitter” səhifəsində paylaşım edilib.
“20 Yanvar 1990-cı il faciəsinin şəhidlərini anırıq. Bu faciənin 31-ci ildönümü münasibətilə başsağlığı veririk, dost və qardaş Azərbaycan xalqına Allahdan xoşbəxtlik və firavanlıq diləyirik".