20 yanvar 2021 16:57
575

İtaliya səfiri 20 Yanvar şəhidlərinin xatirəsini yad edib

Səfir Auqusto Massarinin rəhbərlik etdiyi İtaliya səfirliyinin nümayəndə heyəti Bakıda Şəhidlər xiyabanını ziyarət edib.

“İki sahil” xəbər verir ki, bu barədə İtaliyanın Azərbaycandakı diplomatik nümayəndəliyi məlumat verib.

“Səfir Auqusto Massari Bakı sakinləri ilə birlikdə 1990-cı ilin Qara Yanvar hadisələrinin qurbanlarını Şəhidlər xiyabanında yad edir”, - məlumatda deyilir.