2020-ci ildə Azərbaycanda metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində 707 milyon manatlıq məhsul istehsal olunub.
"İki sahil" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, metallurgiya sənayesində 11,9 faiz, hazır metal məmulatlarının istehsalı sahəsində isə 7,3 faiz artım müşahidə olunub. Ötən il sahə üzrə 37 min 9 ton qara metallardan sair konstruksiyalar istehsal edilib.