 
                    Azərbaycan-Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin təşəbbüsü ilə Monteneqro mediasında 20 Yanvar faciəsindən bəhs edən "Azərbaycan azadlığın dəyərini bilir" başlıqlı məqalə yayımlanıb.
"İki sahil" Diaporla İş Üzrə Dövlət Komitəsinə istinadən bildirir ki, Şirin Hüseynzadənin qələmə aldığı məqalədə bildirilib ki, 20 Yanvar faciəsinin törədilməsi Bakı sakinləri üçün gözlənilməz olub. "Axı heç kim gözləmirdi ki, yaşadıqları və uğrunda faşizmə qarşı vuruşduqları ölkə öz dinc sakinlərinə hücum edə bilər".
Həmin mürəkkəb dönəmdə bütün təhlükələrə baxmayaraq, xalqımızın ümummilli lideri Heydər Əliyevin cəsarətli addım ataraq Moskvadakı daimi nümayəndəliyə gəldiyi, sərt etiraz səsini ucaltdığı, hadisələri insanlığa sığmayan təcavüz və cinayət adlandırdığı, bu məsələdə şəxsən M.Qorbaçovu və Azərbaycanın o zamankı qeyri-peşəkar rəhbərliyini ittiham etdiyi, qoşunların Azərbaycanı dərhal tərk etməsi tələbini irəsi sürdüyü yada salınıb.
20 Yanvar hadisəsinə gətirib çıxaran səbəb və məqsədlər barədə müfəssəl məlumat verən müəllif qeyd edib ki, həmin gün xalqımızın müstəqillik və azadlıq uğrunda mübarizəsinin rəmzinə çevrilib, Vətən müharibəsindəki Qələbəmiz isə müstəqilliyin dəyərini bilməyimizi bir daha təsdiqləyir.
Məqaləni daha ətraflı şəkildə aşağıdakı linklərdən oxumaq mümkündür:
 Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                
                                    
                                    
                                
                                
                                
                                    Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilir -  Hikmət Hacıyev
                                 Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO
                                
                                    
                                    
                                
                                
                                
                                    Milli Məclisin növbəti plenar iclası keçirilib, 11 məsələ müzakirə olunub - YENİLƏNİB/FOTO                 
                                 Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb
                                
                                    
                                    
                                
                                
                                
                                    Slovakiya səfiri diplomatların Cəbrayıl və Zəngilana səfərini əhəmiyyətli adlandırıb