22 yanvar 2021 13:37
457

14 min voltluq elektrik vurdu, sağ qaldı

220 voltluq elektrik vurması insan üçün ölümcül nəticələnə bilər. Lakin Floridadan olan 31 yaşlı kişini 14 min voltluq elektrik vurub və o sağ qalıb. Hətta ölüm cəzası kimi tətbiq edilən elektrik stulunda elektrikin gücü bundan dəfələrlə aşağı olur. Xoşbəxtlikdən Mett Manzari adlı amerikalı kişi həyatını itirməyib.

Mett yerli kilsənin yaxınlığındakı ağacları budayırdı və yüksək gərginlikli məftil onun üzərinə düşür. Nəticədə, bədəninin 25% -nə təsir edən çox ciddi yanıq yaraları alıb. Bir neçə saniyə ərzində onun sinəsindəki dəri və əzələlər yanaraq, qabırğaları və sümükləri açıqda qaldı. Bəzi yerlərdə dəri və əzələlər kömürləşmişdi.

“İki sahil” “Daily Mail”ə istinadən xəbər verir ki, zərbə üzündən Matt bir həftə komaya düşdü və həkimlər onun yerindəcə ölmədiyinə görə şokda idilər. Həmin gündən indiyədək Mett 70 əməliyyat keçirib. Həkimlərin proqnozları ürəkaçan olmasa da, möcüzə nəticəsində Mett Manzarinin beyni, böyrəkləri, ürəyi zədələnmədən və heç bir yeri amputasiya edilmədən xəstəxanadan çıxır. Lakin sinirlərin ciddi zədələnməsinə görə, onu ağrılar hələ də narahat edir, buna baxmayaraq, ölümdən dönərək ailəsinə qovuşduğu üçün Mett Manzari çox xoşbəxtdir.