Ötən gün Türkiyədə aparılan 148 min 425 test nəticəsində məlum olub ki, 5 min 277 nəfər koronavirusa (COVID-19) yoluxub. Bununla da virusa yoluxanların ümumi sayı 2 milyon 429 min 605-ə yüksəlib.
“İki sahil” Türkiyənin Səhiyyə Nazirliyinə istinadən xəbər verir ki, son sutka ərzində 140 nəfərin həyatını itirməsi nəticəsində ölənlərin ümumi sayını 25 min 73 nəfər təşkil edib.
Daha 5 min 860 nəfərin COVID-19-a qalib gəlməsi nəticəsində virusdan sağalanların ümumi sayını 2 milyon 307 min 721-ə yüksəldib.
Qeyd edək ki, indiyə qədər Türkiyədə 28 milyon 497 min 84 test aparılıb.