26 yanvar 2021 14:15
1041

Əfsanəvi basketbolçunun vəfatından bir il keçir - FOTO

Kobe Bryant basketbol tarixin ən böyük basketbolçularından biri olub.

“İki sahil” xəbər verir ki, məhşur basketbolçunun 26 yanvar 2020-ci ildə vertolyot qəzasında həyatını itirməsi ilə çempionluqları, rekordları və bütün uğurları yarımçıq qaldı.Həmin il  Kobe, 13 yaşlı qızı Gianna ilə birlikdə bütün dünyaya  və xüsusən də azarkeşlərinə böyük zərbə vurdu.

O, tarixdə bir çox NBA rekordunun sahibi olan basketbolçu ilə birlikdə cəmi 9 nəfər həyatla vidalaşıblar.

Əfsanə 41 yaşında həyatdan gedəndə, keçmiş komanda yoldaşları, rəqibləri, onunla işləyənlər, onu kumir kimi görənlər, ondan ilham alanlar, fanatlar onunla bağlı hisslərini bölüşüblər.