26 yanvar 2021 14:22
702

1, 3 milyard dollarlıq müəmmalı saray - FOTO/VİDEO

Rusiya Prezidenti Vladimir Putinin 1.3 milyard dollarlıq sarayının görüntüləri yayılıb. Putinə məxsus olduğu iddia edilən sarayın həm böyüklüyü, həm də dizaynı dünya mediasının diqqət mərkəzinə düşüb. Villanın Qara dəniz sahillərində yerləşdiyi bildirilir.

Sarayın  görüntüləri  hazırda həbsdə olan rus müxalifətçi, Putinin əsas rəqibi Aleksey Navalnınin Navalny live” "Youtube" kanalında yayılıb. Videoda, gizli tunel, 25 metrlik üzgücülük hovuzu, buz meydançası, kilsə və teatrla yanaşı Putinin yatağ otağı da öz əksini tapıb. Həmçinin sarayın içində 200 min dollarlıq xalça, konsert salonu, üzüm bağları, rəqs meydançası, qəlyan çəkmək üçün otaqlar, 47 divan və böyük hamam otağı var.

Putin isə Navalnının sərgilədiyi müəmmalı saray haqqında bunları bildirib: «Orada mənim mülküm olaraq göstərilən heç nə mənə və mənim yaxın qohumlarıma aid deyil və heç vaxt da olmayıb.

Şəmsiyyə Əliqızı, "İki sahil"