26 yanvar 2021 15:03
854

Heydər Əliyev Sarayı yeni layihəyə start verdi FOTO/VİDEO

Heydər Əliyev Sarayı Bakı şəhər Mədəniyyət Baş İdarəsi ilə birgə “Bizi də tanıyın” adlı layihəni təqdim etdilər.

Heydər Əliyev Sarayından "İki sahil" ə bildirilib ki, ideya müəllifi Heydər Əliyev Sarayının direktoru Ramil Qasımovun bu layihəni həyata keçirməsində əsas məqsədi, gələcəkdə yerli və beynəlxalq müsabiqələrdə, festivallarda iştirak edəcək istedadlı gənc musiqiçilərimizin böyük səhnə təcrübəsi keçməsi, həmçinin istedadlı uşaqların geniş kütləyə təqdim etməkdir.

https://youtu.be/hLfvy8tDBHo

Layihədə Bakı şəhəri üzrə musiqi və incəsənət məktəblərinin, mədəniyyət mərkəzlərinin istedadlı şagirdləri iştirak ediblər. Gənc ifaçılar müxtəlif musiqi janrlarında, alətlərində dünya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi kompozisiyalarını təqdim ediblər. Pandemiyadan sonrakı dönəmdə layihəyə Respublika regional musiqi məktəblərinin sagirdlərinində cəlb olunması nəzərdə tutulur. Çəkilən musiqi nömrələri müxtəlif telekanallarda, həmçinin sosial şəbəkələrdə təbliğ olunacaq.