COVID-19 virusu müxtəlif etnik qruplardan olan insanlarda fərqli şəkildə özünü göstərib. Londonun Şahzadə Mariya Universitetinin alimləri bu qənaətə gəliblər.
“İki sahil” “vesti.ru”ya istinadən xəbər verir ki, universitetin alimləri 16 yaşdan yuxarı 1737 xəstə üzərində təcrübələr aparıblar. Xəstəxanaya yerləşdirilmiş xəstələrin 538-i asiyalı, 340-ı qaradərili, 707-si ağbəniz olub. Xəstəliyin 30-cu günü artıq pasientlərdən 511-i dünyasını dəyişmişdi. Ölənlərin içərisində etnik azlıqlardan olanlar daha gənc yaşda idilər. Xüsusi intensiv terapiya alan qaradərililərin sayının isə ağbəniz insanlardan 1,8 dəfə artıq olduğu müşahidə edilib.
Beləliklə, ventilyasiya riski ilə üz-üzə olan və reanimasiya şöbələrində yatan asiyalı və qaradərili xəstələrin sayı eyni yaşlı ağbəniz xəstələrə nisbətən 50-80 % çox olub. Eyni zamanda, Asiya mənşəli xəstələrdə ölüm ehtimalı dərisi ağ rəngdə olan xəstələrə nisbətən 1,49 dəfə, qaradərililərdə isə 1,3 dəfə yüksək olub.
Venessa Apea və Xloya Orkinin rəhbərlik edəcəyi elmi qrup yeni növ koronavirusun nə üçün bir qrup insana digərlərindən daha çox təsir etdiyini öyrənmək üçün yeni tədqiqatlara başlayıb.