27 yanvar 2021 00:22
508

120 kiloqramdan 60 kiloqrama düşüb

Məktəbdə çəkisinə görə ələ salınan qadın arıqlayaraq tanınmaz dərəcədə dəyişib.

"İki sahil" xəbər verir ki, sinif yoldaşlarının məktəbdə "balina" adlandırdığı qız arıqlayaraq onları peşman edib. ABŞ-ın Texas ştatında yaşayan 26 yaşlı Jackie Campbell 120 kiloqramdan 60 kiloqrama düşüb. Mədə kiçiltmə əməliyyatından sonra xeyli çəki atan Jackie hazırda onu məktəbdə ələ salan oğlanların onunla sevgili olmaq istədiyini söyləyib.