27 yanvar 2021 01:31
490

50 min dollara çata bilər - Bitcoin

Dünyanın ən populyar kriptovaluyutası sayılan "Bitcoin"in dəyəri 50 min ABŞ dollarına çata bilər.

"İki sahil" bildirir ki, bu proqnozu "Luno" kriptovaluyuta birjasının və OSK şirkətinin ekspertləri verib. Onların gözləntilərinə görə, yaxın 3-10 il ərzində "Bitcoin"in yayılması artacaq, qızıl kimi aktivlərin isə populyarlığı azalacaq. Xatırladaq ki, hazırda "Bitcoin"in kriptovalyuta bazarında dövriyyəsi 596,908 mlrd. dollar təşkil edir. Son 24 saatda "Bitcoin"lə ticarət əməliyyatlarının həcmi 62,258 mlrd. dollara çatıb. Son sutka ərzində "Bitcoin"in ən yüksək dəyəri 34 802,74 dollara, ən aşağı dəyəri isə 31 321,49 dollara bərabər olub.