27 yanvar 2021 13:33
610

29 milyon dollarlıq daş oğurlandı

Yaponiyanın paytaxtı Tokioda üç milyard yen (təxminən 29 milyon dollar) dəyərində yaqut oğurlanıb.

"İki sahil" xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.

Hadisə qiymətli daşın satılması ilə bağlı danışıqlar zamanı baş verib. Hazırda polis qiymətli daşı oğurlayaraq hadisə yerindən uzaqlaşan iki nəfərin axtarışlarına başlayıb.