28 yanvar 2021 01:20
583

7 aydır bir evdə yaşayırıq

Müğənni Sevda Yahyayeva şəxsi həyatından bəhs edib.

"İki sahil" bildirir ki, sənətçi "Günün sədası" proqramında "Pandemiyadan sonra toy olacaq" sualına cavab verib: "Əsas pandemiya bitsin, toylar başlasın, tədbirlərə gedək. Yəqin ki, olar. Artıq 7 aydır həyat yoldaşımla eyni evdə yaşayırıq". Qeyd edək ki, Sevda Zakir adlı həkimlə ailə qurub.