27 yanvar 2021 22:39
1624

Funda Güray yeni rol alacaq

Rejissoru Mehmet Bozdağ olan "Kuruluş Osman" serialının aktyor heyəti genişlənməkdə davam edir.

"İki sahil" bildirir ki, ekran işinə yeni aktrisa daxil olub. Bundan sonra serialda Funda Güray da rol alacaq. Onun hansı obrazı canlandıracağı hələ açıqlanmayıb. Qeyd edək ki, ekran əsərinin əsas rollarında Burak Özçivit, Nurettin Sönmez, Erkan Avcı və Özge Törer kimi aktyorlar çəkiliblər. Tarixi janrlı ekran əsərində Osmanlı imperiyasının əsasını qoyan Osman Qazinin düşmənlərinə qarşı apardığı mübarizəsindən bəhs edilir.