28 yanvar 2021 13:06
672

106 yaşlı pianoçu qadın özünün klassik musiqi albomunu çıxarıb

“İki sahil” “smotrim.ru” saytına istinadən xəbər verir ki, bu həmin pianoçu qadının  artıq beşinci albomudur.  Kolet Maz adlı qadının sənəti musiqi müəlliməsidir, o royalda beş yaşından ifa etməyə başlayıb.

Kolet Maz bildirib ki, kiçik yaşlarından o, musiqi ilə özünütəcrid şəraitində yaşayır. O, hazırda pandemiya şəraitində tamamilə küçəyə çıxmadığını, evində isə koronavirusla bağlı söhbətlərə izn vermədiyini bildirib. Özünü fiziki olaraq gümrah və formada saxlamaq üçün daim xüsusi məşqlər etdiyini və rəqs etdiyini qeyd edib.

Qadının təsirləndirici video çarxını “Parizien”in saytında bir milyondan artıq insan izləyib. Kolet Mazın feysbuk hesabı da var.

Nubar Süleymanova, “İki sahil”