Yaşadığımız dünya təəccübləndirici faktlarla doludur. Dünyamızın nə qədər heyrətamiz olduğunu göstərən bir neçə faktla aşağıda tanış ola bilərsiniz:
Dünyada ilk 3D film 1922-ci ildə kinoteatrlarda göstərilib.
"Sevginin Gücü" adlı film 1922-ci ildə çəkilmiş üçölçülü görünüşə malik səssiz bir filmdir. İzləyici bir və ya digər gözü örtərək sonun necə olacağını seçə bilirdi. Təəssüf ki, həmin film günümüzə qədər gəlib çatmayıb.

Elm adamları tükündən hörümçək ipəyi istehsal etmək üçün geni dəyişdirilmiş keçilər yaradıblar. ABŞ-dan olan professor Rendi Lyuis keçiyə hörümçək geni yerləşdirərək, onun tükündən yaxşı sap əldə etməyə nail olub.

Məşhur Bürc-Xəlifə qülləsi o qədər hündürdür ki, orada bir gündə iki dəfə gün batımını izləmək olar. Birinci mərtəbədə izlədikdən sonra, ən yuxarı mərtəbəyə qalxaraq, yenidən izləmək mümkündür.

Britaniya kraliçasının çantası onun bədən dili vasitəsidir. II Elizabeta çantasından öz personalına sirli işarələrini ötürmək üçün istifadə edir. Məsələn, o qonaqlarla söhbətini bitirdikdə çantasını bir əlindən digərinə keçirir, köməkçiləri isə o an kraliçanın danışığı bitirmək istədiyini başa düşərək nəzakətli şəkildə həmsöhbətə bunu bildirirlər. Kraliça dərhal söhbəti kəsmək istədikdə isə çantasını yerə qoyur.

Brokoli insan əli ilə yaradılmış bir məhsuldur. Brokoli təbiətdə heç vaxt mövcud olmamışdır - eramızdan əvvəl VI əsrdən mövcud olan müxtəlif kələm növləri ilə əsrlər boyu aparılan seleksiya işlərindən sonra insanlar tərəfindən yetişdirilmişdir. Əslində “brokoli” sözü “kələmin çiçəkli forması” mənasını verən italyan sözü “brokolo” dan gəlir.

İlk vaxtlar hündürdaban ayaqqabılar kişilər üçün nəzərdə tutulmuşdu. Fars süvari döyüşçüləri atlara minərkən müəyyən döyüş məqsədləri ilə onlardan istifadə edirdilər.

İnsanın burnu və qulaqları ömrünün sonuna qədər inkişaf edə bilir. Çox asta şəkildə də olsa, bu bədən üzvləri böyüməkdə davam edir, ona görə yaşlandıqca daha iri görünür.

Yayda Eyfel qülləsi bir qədər böyüyür. Eyfel qülləsi dəmirdən olduğuna görə günəşin istisindən dəmir genişlənə bilir və qüllə
təxminən 12-15 sm böyüyür.

Arılar Everest yüksəkliyindən daha hündürə uça bilirlər. Onlar dəniz yüksəkliyindən 9 min metr yuxarı qalxırlar, bu isə planetin ən yüksək zirvəsindən də hündürdür.

2015-ci ilədək Yaponiyada gecələr rəqs etmək qadağan edilmişdi. Bu, qanunsuz fəaliyyət göstərən rəqs zallarının qarşısını almaq üçün 1948-ci ildən ölkədə tətbiq edilən bir qadağa idi.

İndiyədək tapılmış ən kiçik dinozavrın ölçüsü 40 sm-dir. Öz miniatür ölçüsünə görə, onu “Microraptor” adlandırırlar.

Koalaların çox unikal barmaq izləri var. Koala barmaq izləri insan barmaq izlərinə o qədər bənzəyir ki, ən təcrübəli ekspertlər belə koalanın barmaq izini insan izindən çətinliklə ayırırlar.

Polis Çində qazları keşikçi olaraq istifadə edir. Qazlar çox ayıq-sayıq və səs-küylü olduğu üçün Çinin bir çox kəndlərində polislər onlardan istifadə edirlər.

Köpək balıqları 500 ilədək yaşaya bilirlər. Qrenlandiya köpək balığının ömrü bütün onurğalı heyvanlardan uzundur. Onlar hələ 150 yaşında cinsi cəhətdən formalaşırlar.

Kaliforniyalı alimlər qardan elektrik enerjisi almağı öyrəniblər. Onların hazırladığı cihaz mənfi yüklü bir silikon içərisində pozitiv yüklənmiş qar dənələrini cəlb edir və daha sonra toplanan statik bir elektrik effekti yaradır.

İtlər 250-dək söz və jest öyrənə bilirlər. Alimlərin fikrincə, itlərin zəkası iki yaşlı uşaqla müqayisə edilə bilər.

Nubar Süleymanova, “İki sahil”