30 yanvar 2021 01:30
1305

Dakota Consonla Kris Martinin yeni malikanələri

Üç ildir birlikdə yaşayan aktrisa Dakota Consonla musiqiçi Kris Martin yeni malikanə alıblar.

"İki sahil" bildirir ki, bu haqda "New-York Post" qəzetində xəbər yer alıb. Məlumata əsasən, Dakota və Kris yeni villaları üçün 12 milyon 500 min dollar (təxminən 21 milyon manat) ödəyib. Malikanə 14 milyona satışa çıxarılsa da, onlar 12 milyon dollara alıblar.

İkimərtəbəli villa 6 yataq və 9 vanna otağından ibarətdir. Bundan başqa malikanədə geniş və böyük oyun, istirahət otaqları da var. Evin həyətində isə hovuz yerləşir.