02 fevral 2021 10:20
1390

Yaponiya səfiri Şuşanın simvolu ilə efirə çıxdı

İTV-də yayımlanan "Bol İdman" verilişinib dünənki buraxılışının qonağı Yaponiyanın Azərbaycandakı səfiri Vada Cüniçi olub.

"İki sahil" xəbər verir ki, diplomat bu yay Tokioda keçirilməsi gözlənilən Yay Olimpiya Oyunları ilə bağlı fikirlər səsləndirib.

Maraqlıdır ki, Yaponiya səfiri verilişə Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın rəmzi olan xarıbülbülün broşu ilə çıxıb.