“Apple” şirkəti iOS 14.5 əməliyyat sisteminin ilk beta versiyasını çıxarıb. Yenilənməyə “iPhone”ların “Face ID” vasitəsilə üzünüzdən maskanı çıxarmamaqla belə sizi tanıyaraq smartfonu bloklamaq və ya blokdan açmaq funksiyası əlavə edilib. Lakin bunun üçün qolda “Apple Watch” ağıllı saatını taxmaq lazımdır. Üzün maska ilə qismən örtülməsinə baxmayaraq, istifadəçinin kilidi açmaq üçün yalnız “iPhone”a baxması kifayətdir.
Üzdə maska olub-olmadığını müəyyən etməyi iOS hələ keçən ilin yazından bacarırdı. Belə ki, üzdə tibbi və ya respirator maska olduğu halda dərhal, uğursuz üz tanıma cəhdləri baş vermədən, pin kodun daxil edilməsi tələb edilirdi.
Maska ilə üz tanıma funksiyasından əlavə, iOS Beta 14.5 versiyası “Xbox” S və X seriyasını və PlayStation 5-i dəstəkləyəcək. “iPhone” və ya “iPad”ə qoşulmuş bir oyun cihazı vasitəsilə Apple Arcade oyunlarını oynaya, App Store və Apple TV-dən istifadə edə biləcəksiniz.
Nubar Süleymanova, “İki sahil”